Azərbaycancaaz
Mir.az » Resept » ‘’ Toyuq filəli Sezar ‘’ salatı resepti

‘’ Toyuq filəli Sezar ‘’ salatı resepti

433
asan resept,asan yemək resept,sadə resept
215 calories, 2 grams fat
‘’ Toyuq filəli Sezar ‘’ salatı resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Restoranlarda yediyinizdəndə ləzzətli evdə hazırlaya biləcəyiniz ‘’Toyuq Filəli Sezar ‘’ salatı. Əminəm ki , dadına doya bilməyəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 2 ədəd toyuq filesi (hər biri 200 qram)
  • 1/2 çay qaşığı təzə qara bibər tozu
  • 1/2 çay qaşığı duz
  • 2 xörək qaşığı zeytun yağı

  • Salatı üçün:
  • 1 ədəd böyük kahı
  • 1/2 stəkan sızma zeytun yağı
  • 1 ədəd yumurta sarısı ve ya 3 xörək qaşığı mayonez
  • 2 diş sarımsaq
  • 3 ədəd hamsi balığı
  • 1/2 çay qaşığı xardal
  • 1/2 çay qaşığı təzə sıxılmış limon suyu
  • 1 çay qaşığı wocestershire sousu
  • 4 xörək qaşığı toz parmesan pendiri
  • 1/2 çay qaşığı qara bibər tozu
  • 1/2 çay qaşığı duz

  • Sərvis üçün:
  • 1 kasa bişmiş çörək kubları
  • 50 qram parmesan pendiri ( rəndələnmiş )
  • P.s : Worcestershire sousunun hazirlanmasi:
  • 1 stekan alma sirkəsi
  • 2 diş sarımsaq
  • Yarım stəkan soya sousu
  • 6-7 ədəd dənəvər qara istiot
  • 1 çay qaşığı acı qırmızı bibər tozu

Hazırlanma qaydası:

1.Toyuq filələrinə duz və qara bibər tozu səpin.
2. Qabda zeytun yağını qızdırdıqdan sonra toyuq filələrinin hər iki tərəfi rəng alana qədər yüksək odda qızardın. Onu aşağı temperaturda, əvvəlcədən isidilmiş sobada saxlayın ki, xidmət zamanı istifadə üçün soyumasın.

3.Salatı hazırlamaq üçün kahı yarpaqlarını bir-bir çıxarın. Bol suda yuduqdan sonra kağız dəsmalların köməyi ilə qurudun və soyuducuda saxlayın.

4.Sous üçün hamsini kiçik parçalara ayırın. Sarımsağa duz əlavə edib əzdikdən sonra hamsini də əlavə edib 1-2 dəqiqə əzin. Limon suyu,xardal, toz parmesan pendiri, worcestershire sousu, qara bibər tozu və yumurta sarısını və ya mayonezi əlavə edib qarışdırın.
5.Az-az zeytun yağı əlavə edib bütün maddələr homojen olana qədər qarışdırın.
6.Soyuducudan çıxarılmış kahı yarpaqlarını bıçaq dəymədən əllərinizlə iri parçalara ayırdıqdan sonra dərin bir salat qabına qoyun. Kub formasında qızarmış çörəkləri salatın üzərinə səpin. Sobada saxladığınız toyuq filələrini dilimlədikdən sonra süfrəyə qoyun.
7.Sousu salatın üzərinə tökün və bütün ərzaqları istədiyiniz kimi qarışdırın. Nəhayət, rəndələnmiş etdiyiniz parmesan pendirini salata əlavə etdikdən sonra gözləmədən sevdiklərinizlə paylaşın.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz