Çay Süfrənizə Çox Yaraşacaq: Krepvil ( Blinçik ) Tortu
Yemək Haqqında:
Rusiya mətbəxindən Şirniyyat resepti.
Çay süfrəsində dadıyla və görüntüsüylə qonaqlarınızı təəccübləndirə biləcəyiniz dadlı “Krepvil (crepes – blinçik)” tortu. Hər kəsin asanlıqla bişirə biləcəyi tortun reseptini təqdim edirik.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
3 ədəd yumurta1/2 stəkan şəkər tozu
1 paket vanil
1 paket qabartma tozu
2 stəkan un (400 ml)
3 xörək qaşığı kakao
500 ml süd
1/2 stəkan su
5 xörək qaşığı maye yağ
Kremi üçün:
500 ml 33%-li qaymaq
1 stəkan şəkər kirşanı
200 qr labne pendiri
Üzəri üçün:
Kakao
Hazırlanma qaydası:
Xəmirini hazırlamaq üçün ilk öncə bir qabda un,kakao,vanil və qabartma tozunu qarışdırın. Başqa bir qabda su və südü qarışdırıb unlu qarışığa hissə-hissə əlavə edib tel çırpıcıyla yaxşıca qarışdırın.
Dərin bir qaba yumurta, şəkər tozu və duru yağ tökün və xəmirə əlavə edib qarışdırın. Hazır xəmirdən bir çömcə qaşıq köməyi ilə götürüb çox az yağlanmış tavaya töküb bişirin. Bu qaydanı xəmir qurtarana qədər təkrar edin.
Kremini hazırlamaq üçün soyuq qaymağın üzərinə şəkər kirşanı əlavə edib mikserlə yaxşıca çırpın. Üzərinə labne pendirini (zövqə görə əlavə etməyə də bilərsiniz) də əlavə edib çırpmağa davam edin.
Blinçikləri kremləyib üst-üstə düzün. Ara qatları üçün doğranmış çiyələkdən istifadə edin. Bu qaydayla bütün blinçikləri kremləyib üst-üstə düzün. Tortun üzərini kakaoyla bəzəyib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz