Azərbaycancaaz
Mir.az » Resept » Uşaqların Ən Sevimlisi: Kakaolu , Şokolad Souslu Pankek Resepti

Uşaqların Ən Sevimlisi: Kakaolu , Şokolad Souslu Pankek Resepti

41
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Uşaqların Ən Sevimlisi: Kakaolu , Şokolad Souslu Pankek Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Səhər yeməyi üçün ən ideal variant Pankekdir. Uşaqların belə yox demədiyi pankeki hazırlayıb onları sevindirə bilərsiniz. Mir.az səhər yeməyinin ulduzu olan kakaolu pankekin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 ədəd yumurta
2 xörək qaşığı şəkər tozu
200 ml süd
1,5 stəkan un
4 çay qaşığı kakao
1 paket qabartma tozu
zövqə görə vanil

Şokoladlı sous üçün :
1/2 stəkan şəkərsiz qaymaq
90 qr bitter şokolad

Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çalın. Üzərinə süd, un, qabartma tozu və kakao əlavə etdikdən sonra çalmağa davam edin. Tünd konsistensiyalı, ancaq yüngül axıcı bir xəmir əldə etməlisiniz.
Pankek tavasını (yanmayan,yapışmayan ) çox az miqdarda maye yağla yağlayın. Yağın artığını kağız dəsmal köməyiylə silin. Hazırladığınız xəmir qarışığından bir böyük qaşıq qədər götürüb tavaya tökün. Yuvarlaq bir şəkil alan xəmirləri, hər iki tərəfini orta ocaqda bişirin.

Bir qabda şəkərsiz qaymağı qaynamağı üçün zəif ocağa yerləşdirin. Üzəri köpüklənməyə başladıqda ocaqdan götürün. Kiçik parçalara ayırdığınız bitter şokoladı isti qaymağa əlavə edib əriməsini gözləyin. Daha sonra qarışdırıb sous halına gətirin. Pankekləri üst-üstə düzün. Hazırladığınız şokoladlı sousu üzərindən töküb servis edə bilərsiz.

NUŞ OLSUN?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz