Azərbaycancaaz
Mir.az » Resept » Tavada Dadına Doyum Olmayan Lülə Kabab Resepti

Tavada Dadına Doyum Olmayan Lülə Kabab Resepti

98
asan resept,asan yemək resept,sadə resept
625 calories, 6 grams fat
Tavada Dadına Doyum Olmayan Lülə Kabab Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Lülə kababı bütün dünyada məşhur yeməkdir. Ənənəvi olaraq manqalda hazırlanan lülə kababı evdə tavada da hazırlaya bilərsiniz. Ev şəraitində tavada lülə kababın hazırlamağa nə deyirsiz ?

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

130 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 1 kq qiymə (quzu əti və ya mal əti)
  • 180 qram soğan
  • 180 qram quyruq
  • 0,5 xörək qaşığı zirə
  • 1 xörək qaşığı keşniş
  • 0,5 çay qaşığı istiot
  • 1 çay qaşığı duz
  • 0,5 xörək qaşığı bitki yağı

Hazırlanma qaydası:

İlk öncə quyruğu və soğanı çox xırda doğrayıb üzərinə sürtgəcdən keçilmiş soğan, üyüdülmüş zirə, xırda doğranmış keşniş,duz və istiot əlavə edib yaxşıca qarışdırın. Təxminən 10 dəqiqə əllə yaxşıca yoğurun. Hazırladığınız qiyməni 2-3 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında qiymədən 100 qram ağırlığında kotletlər hazırlayın. Çöp şişi hazırladığınız kotletlərə keçirərək lülə kabab forması verin. Tavanı bitki yağıyla azca yağlayıb lülə kababları tavaya yerləşdirin. Arabir çevirərək kababları bişirin. Hazır lülə kababları göyərti, halqa doğranmış soğanla süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz