Azərbaycancaaz
Mir.az » Resept » Qiyməli və Tərəvəzli Spagetti Resepti

Qiyməli və Tərəvəzli Spagetti Resepti

189
asan resept,asan yemək resept,sadə resept
325 calories, 3 grams fat
Qiyməli və Tərəvəzli Spagetti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Qiyməli və tərəvəzli spagetti nahar və ya şam yeməyi süfrəsi üçün dadlı yeməkdir. Sadə məhsullardan hazırlanan bu yeməyin daha zəngin dad və rəngi üçün tərəvəzlərdən istifadə olunur. Mir.az tavada tərəvəzli və qiyməli spagetti yeməyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 500 qram qiymə
  • 900 qram spagetti
  • 1 ədəd soğan
  • 1 ədəd bolqar bibəri
  • 1 ədəd pomidor
  • 2 diş sarımsaq
  • 1 xörək qaşığı bitki yağı
  • 2 xörək qaşığı tomat pastası
  • 250 ml su
  • 100 qram bərk pendir
  • 20 qram cəfəri
  • Zövqə görə duz, acı bibər tozu, ətotu (rozmarin ,bibəriyyə)
  • 2 çimdik istiot

Hazırlanma qaydası:

Əvvəlcə qiyməni hazırlayın.
Bir qabda qiyməyə acı bibər tozu, quru rozmarin (bibəriyyə), istiot və duz əlavə edib yaxşıca qarışdırın.
Çiy spagettini üç bərabər hissəyə bölüb qiymədən üç ədəd eyni kotlet formasında hazırlayıb, hər birinin ortasına bir porsiya spagetti qoyun və qiyməni möhkəm sıxın ki, spagetti içəridə qalsın. Tavanı ocaqda qızdırıb yağ əlavə edin. Hazırladığınız qiyməli spagettiləri qızdırılmış tavada hər tərəfi 3 dəqiqə yüksək istilikdə qızardın.
Bu vaxt tərəvəzləri hazırlayın. Soğanı, bolqar bibərini və pomidoru kub şəklində , sarımsağı isə xırda doğrayın.Əvvəlcə tavaya soğan və sarımsağı əlavə edin və 2 dəqiqə yumşaq olana qədər qovurun. Ocağı orta istiliyə endirin. Sonra doğranmış bibər və pomidorları soğana əlavə edib tərəvəzləri birlikdə daha 3 dəqiqə qovurun.Duz və tomat pastasını suda həll edib tavaya tökün. (Spagetti tamamilə tomatla örtülməlidir. )Qaynadıqdan sonra istiliyi minimuma endirib ,tavanın qapağını örtüb 20 dəqiqə bişirin.
Pendiri sürtgəcdən keçirib yeməyin üzərinə səpin. Yeməyi qapağı örtülü olaraq 3-5 dəqiqə daha bişirin ki, pendir tamamilə ərisin. Daha sonra doğranmış cəfəri səpib ocaqdan götürüb süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz