Bu Dəfə Qazanda : Lülə Kabab Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Kabab resepti.
Lülə kababı, şərq mətbəxində kifayət qədər tanınan bir yeməkdir. Ümumiyyətlə manqalda və ya sobada bişən lülə kababı qazanda da bişirmək olar. Tez və asanlıqla hazırlanır və nəticədə ən əziz qonaqlara asanlıqla təqdim edilə bilən gözəl və dadlı bir yeməkdir. Mir.az qazanda lülə kababın reseptini təqdim edir.
Tərkibi:

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
40 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
500 qram qiymə2 dilim ağ çörək
300 ml su
1 ədəd yumurta
200 qram soğan
4 diş sarımsaq
600 qram kartof
Zövqə görə duz, istiot, zirə və keşniş toxumu
100 ml su
100 ml bitki yağı
Hazırlanma qaydası:
İlk öncə çörək dilimlərini 5 dəqiqə suda isladın. Dərin bir qaba qiymə, çox xırda doğranmış və ya rəndədən keçirilmiş soğan və sarımsaq, yumurta və ədviyyatları əlavə edib qarışdırın. Üzərinə isladılmış çörək dilimlərini(suyu sıxılmış) də əlavə edib döyərək, yoğuraraq qarışdırın. Hazır farşdan 50-60 qr-lıq götürüb taxta çubuqlara çəkin. Lülə kababları 15-20 dəqiqəlik soyuducuda saxlayın.
Dərin bir qazana və ya tavaya bitki yağı töküb qızdırın və lülə kababları qızardın. Artıq yağı çəkməsi üçün bişmiş kababları mətbəx salfetinin üzərinə qoyun.
Kartofları soyub doğrayın və kababı bişirdiyiniz qazanda qızardın. Bişən kartofların üzərinə duz və zirə səpib qarışdırın və qazanın alt hissəsinə düzün. Üzərinə kababları da düzüb 100 ml su əlavə edib qapağını örtün və zəif ocaqda 30 dəqiqə bişirin. Kababı boşqaba çəkdikdə ilk öncə kartofları düzün ,üzərindən isə lülə kababları düzərək süfrəyə vere bilərsiniz.
Zövqə görə üzərinə doğranmış keşniş və soğan da səpə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz