Azərbaycancaaz
Mir.az » Resept » Yalnız 3 Ərzaqla Hazırlanan Dadlı və Asan Ət Ruleti Resepti

Yalnız 3 Ərzaqla Hazırlanan Dadlı və Asan Ət Ruleti Resepti

74
asan resept,asan yemək resept,sadə resept
660 calories, 6 grams fat
Yalnız 3 Ərzaqla Hazırlanan Dadlı və Asan Ət Ruleti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Həm uşaqların, həm də böyüklərin xoşuna gələcək yalnız 3 ərzaqla hazırlanan dadlı ət ruleti .Mir.az asan hazırlanan dadlı ət ruletinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • 1 kq qiymə
  • 100 qram bolqar bibəri
  • 3 ədəd yumurta
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 50 ml bitki yağı

Hazırlanma qaydası:

İlk öncə bolqar bibərini kiçik kub formasında doğrayın. Bir qabda yumurtanı tel çırpıcıyla çırpıb üzərinə doğranmış bibər, duz və istiot əlavə edib qarışdırın. 20 sm ölçülü düzbucaq soba sinisinə yağlı kağız sərib hazırladığınız yumurtalı kütləni töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 10-15 dəqiqə bişirin.
Folqa kağızını düzbucaqlı şəkildə dəzgahın üzərinə sərin və qiyməni folqanın üzərinə yayın və hamarlayıb duz, istiot səpin. Bolqar bibərli omleti ətin üzərinə yerləşəcək şəkildə səliqəyə salın. Daha sonra ətin üzərinə bibərli omleti rulet bükəcəyiniz formada yerləşdirin və yavaş-yavaş bükün. Rulet formasında bükdüyünüz qiymənin kənarlarını da folqa kağızıyla örtün. Ət ruletini soba sinisinə yerləşdirib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin. Üzərinin qızarması üçün folqa kağızını çıxarıb daha 5 dəqiqə bişirin.
Bişən ət ruletini sobadan götürüb üzərinə yüngülvari ağır bir mətbəx əşyası yerləşdirin. Soyuduqdan sonra dilimləyib ketçupla birlikdə süfrəyə verin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz