Azərbaycancaaz
Mir.az » Resept » Pəhrizdə Olanlar Üçün : Az Kalorili Toyuq Ruleti Resepti

Pəhrizdə Olanlar Üçün : Az Kalorili Toyuq Ruleti Resepti

368
asan resept,asan yemək resept,sadə resept
250 calories, 2 grams fat
Pəhrizdə Olanlar Üçün : Az Kalorili Toyuq Ruleti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Pəhriz yeməklərinin padşahı olan toyuqdan həm doyumlu, həm də az kalorili qəlyanlaltı hazırlaya bilərsiniz. Toyuq ruleti pəhriz saxlayanlar üçün ideal qəlyanlaltıdır. Mir.az azkalorili toyuq ruletinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

  • 200 qram bərk pendir
  • 3 ədəd yumurta
  • 1 ədəd toyuq filesi
  • 2 ədəd soğan
  • 3 xörək qaşığı xama
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot

Hazırlanma qaydası:

İlk öncə toyuğun filesini bir ədəd baş soğanla ətçəkən maşından keçirin.
Pendiri sürtgəcin iri gözündən keçirib üzərinə yumurta və xama əlavə edib qarışdırın.
30× 40 sm ölçülü kvadrat soba sinisinə alüminium folqa sərib pendirli kütləni siniyə yayın və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Tavada 1 ədəd baş soğanı xırda doğrayıb yağda qızılı rəng olanadək qovurun.
Soğanı çəkilmiş toyuq ətinə əlavə edin və duz, istiot töküb qarışdırın.
Soba sinisində bişən pendirli kütləni folqadan çıxarıb soyudub üzərinə toyuqlu qarışığı yayın və rulet şəklində bükün. Ruleti yenidən folqa kağızına bükün və siniyə qoyub 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişməyinə 10 dəqiqə qalmış folqanı açın və yenidən sobaya üzəri qızarması üçün qoyun.
Toyuq ruleti hazırdır. Dilimləyib süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz