Azərbyacanın Qədim Yeməyi : Xaşlama Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Yemək resepti.
Dünyanın ən qədim, dadlı və zəngin mətbəxlərindən biri Azərbaycan mətbəxidir. Azərbaycan mətbəxinə aid olan ətli xörəklər müxtəlifliyinə görə rəngarəngdir. Ət xörəklərinin ən qədim və dadlı yeməklərindən biri də öz suyunda, tərəvəzlərlə bişən Xaşlama yeməyidir. Mir.az dadlı Xaşlama reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
90 dəqiqəTərkibi:
1 kq sümüklü ət (qoyun,quzu və ya mal)5 ədəd soğan
7 ədəd kartof
3-4 ədəd bolqar bibəri
2-3 ədəd pomidor
2 ədəd dəfnə yarpağı
1 çimdik qırmızı acı bibər tozu
duz, istiot
Hazırlanma qaydası:
İlk öncə ətı doğrayıb yuyun. Yuyulub, suyu süzülmüş ətləri qazana qoyub üzərinə 3 stəkan qaynar su töküb bişməsi üçün ocağa qoyun. Bişdikdə üzərinə yığılan kəfi götürün və içinə dəfnə yarpağı atıb ət yumşalana qədər bişirin.
Bolqar bibərini ,kartofları yuyub doğrayın. Pomidoru dilimləyib soğanları isə halqa formasında doğrayın. Bişmiş ətlərin üzərinə doğranmış bolqar bibəri, kartof, pomidor və soğanları əlavə edin. Duz, istiot, acı bibər tozu səpib qarışdırdıqdan sonra qazanın qapağını örtüb kartoflar bişənədək vam odda bişirin. Yeməyin üzərinə doğranmış göyərti səpib süfrəyə verin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz