Azərbaycan Mətbəxindən : Ləzzətli Sac Qovurma Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Yemək resepti.
Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biri saciçidir. Mir.az quzu əti, quyruq və tərəvəzlərlə bişən dadlı saç içi qovurmanın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
250-300 qram quzu əti50 qram quyruq yağı
2 diş sarımsaq
1 ədəd acı bibər
1 ədəd badımcan
1/2 ədəd yaşıl bibər
1/2 ədəd qırmızı bibər
1 ədəd soğan
2 ədəd kartof
Yarım dəstə keşniş,şüyüd
5-6 ədəd çerri pomidoru
Zövqə görə duz
1 çay qaşığı istiot
Hazırlanma qaydası:
İlk öncə soğanı incə , bibərləri və kartofları uzunsov doğrayın.
Acı bibərin yarısını doğrayın ( və ya acı xoşlayırsınızsa hamısını istifadə edə bilərsiniz). Sarımsağı əzib xırda doğrayın.
Badımcanı da halqavari doğrayın.
Quyruğu doğrayıb sacın kənarlarına yerləşdirin. Sacın orta hissəsinə quzu ətini töküb , üzərinə duz əlavə edib qarışdıraraq bişirin.
Daha sonra üzərinə soğan əlavə edib qovurun. Qapağı örtüb ətin bişməsini gözləyin.
Sarıkök səpib, ətləri saçın kənarlarına çəkib kartofları tökün. Kartoflar bişsin və qızarsın deyə qapağı örtün. Daha sonra kartofların üzərinə xırda doğranmış sarımsaq da əlavə edib qarışdırın. Doğranmış badımcanları da saca yerləşdirib qapağını örtün. Bibərləri də əlavə edib qarışdırın. Üzərinə çerri pomidorları düzüb, doğranmış göyərti səpib qapağını örtün. Sac içi yeməyi hazırdır.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz