Az Yağlı , Kartoflu : Xırtıldayan Börək Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Börək resepti.
Səhər, günorta, axşam -gündə üç dəfə yemək istədiyiniz bir börək. Hazırlayıb sevdiklərinizlə bölüşə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
24 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
Xəmir üçün:3 ədəd yağlı xəmir
İçlik üçün:
3 ədəd orta ölçü qaynadılmış kartof
200 qram kəsmik pendir
1 çay qaşığı acı bibər tozu
1/4 çay qaşığı duz
1/4 çay qaşığı təzə üyüdülmüş qara bibər
Sous üçün:
1 ədəd yumurta
2 xörək qaşığı qatıq
3 xörək qaşığı zeytun yağı
Üzəri üçün:
1 ədəd yumurta sarısı
1 xörək qaşığı qara zirə
Hazırlanma qaydası:
Sousu hazırlamaq üçün kiçik bir qabda yumurta, qatıq və zeytun yağını qarışdırın.
İçlik üçün qaynadılmış kartofu isti-isti çəngəl və ya kartof püresi əzən ilə əzib üzərinə kəsmik, duz və ədviyyatları əlavə edib qarışdırın.
Mətbəx dəzgahının üzərində bir-bir yağlı xəmiri açıb yumurta fırçası ilə hazırladığınız sousu hər tərəfinə çəkdikdən sonra hər xəmiri səkkiz bərabər hissəyə bölün ( 4-də də bölüb gül formasında bükə də bilərsiniz ).
Geniş yerlərə bir çay qaşığı kartof içliyi qoyduğunuz xəmirləri rulon şəklində bükün.
Bütün xəmirlər üçün eyni prosesi təkrar edin.
Hazırladığınız xəmirləri yağladığınız nimçəyə bir-birindən aralı olaraq düzüb üzərinə yumurta sarısı ( xırtıldayan olmasını istəyirsinizsə , 1çay qaşığı zeytun yağı ilə qarışdırın ) çəkib, qara zirə toxumu səpin.
Xəmirləri əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30 dəqiqə üzəri qızılı rəng alana qədər bişirin.
Sobadan çıxardıqdan sonra börəkləri gözləmədən servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz