Azərbaycancaaz
Mir.az » Resept » Bir Şiş Kifayət Etməz : Manqalda Ciyər Şiş Resepti

Bir Şiş Kifayət Etməz : Manqalda Ciyər Şiş Resepti

508
asan resept,asan yemək resept,sadə resept
520 calories, 5 grams fat
Bir Şiş Kifayət Etməz : Manqalda Ciyər Şiş Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Kabab resepti.
İki ədəd qaraciyər, bir ədəd quyruq yağı, iki ədəd qaraciyər, bir ədəd quyruq yağı... Eyni prosesi səhərə qədər təkrarlaya bilərik, inanın.Kömürdə və ya manqalda qızarana kimi bişən ciyər kimyon və sumaqlı soğanı ilə birləşdikdən sonra ləzzətlə yeyilməzmi ? Yanına da buz kimi soyuq bir stəkan köpüklü ayran içilməzmi? Mir.az manqalda ciyər şiş reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 1 kiloqram quzu qaraciyəri
  • 300 qram quyruq yağı
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı kimyon

  • Servis üçün:
  • 2 ədəd orta ölçü soğan
  • 1/2 çay qaşığı sumaq

Hazırlanma qaydası:

Qaraciyərləri yuyub kağız dəsmalla qurulayın və xırda doğrayıb duz səpin.
Quyruq yağını qaraciyərlə eyni ölçüdə doğrayın. Qaraciyərləri şişlərə çəkin. İki və ya üç ədəd qaraciyərdən sonra bir ədəd quyruq yağı taxın. Bütün şişlər üçün eyni şeyi təkrar edin.
Qaraciyər şişlərini manqal odunun üstündə ters çevirin və hər tərəfi qızarana qədər bişirin.
Qaraciyərlər hazır olduqdan sonra yanında sumqalı soğanla, lavaşla servis boşqabına qoyub süfrəyə verin.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz