Azərbaycancaaz
Mir.az » Resept » Yumşaqmı Yumşaq: Toyuq Ciyəri Resepti

Yumşaqmı Yumşaq: Toyuq Ciyəri Resepti

415
asan resept,asan yemək resept,sadə resept
440 calories, 4 grams fat
Yumşaqmı Yumşaq: Toyuq Ciyəri Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Quzu qaraciyərindən hazırlanan Arnavut ciyərinə dadlı və qənaətcil alternativ toyuq qaraciyəri reseptidir.Doğranmış soğan, qırmızı bolqar bibəri və cəfəri yarpaqları ilə ətirli zülal qaynağı…
Yanında kərə yağı ilə düyü plovu heç də pis olmaz. Hazırlayıb sevdiklərinizlə bölüşə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 600 qram toyuq ciyəri (ürək əlavə edilmiş)
  • 4 xörək qaşığı zeytun yağı
  • 2 ədəd böyük soğan
  • 1 ədəd orta ölçü qırmızı bolqar bibəri
  • 1/4 dəstə cəfəri
  • 1 çay qaşığı tomat pastası
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı kimyon
  • 1/2 çay qaşığı təzə üyüdülmüş qara bibər tozu
  • 1/2 çay qaşığı acı bibər tozu (istəyə görə)

Hazırlanma qaydası:

Toyuq ciyərinin artıq yağ və sinirlərini diqqətlə çıxarın.
Toyuq ürəklərini yarıya bölün və ortadakı qan laxtalarını axar suyun altında təmizləyin.
Qanın tam getməsi üçün ən azı 10 dəqiqə soyuq suda saxlayın və sudan çıxardıqdan sonra artıq suyunu süzdürün.Suyu süzüldükdən sonra ciyərləri ölçülərinə uyğun olaraq iki bərabər hissəyə bölün.
Quru soğanı incə doğrayın.
Qırmızı bolqar bibərini yarım ay formasında doğrayın.
Cəfərini xırda doğrayın.
Zeytun yağını tavaya töküb qızdırın.Soğanı əlavə edin və açıq rəng alana qədər qızardın.
Sonra qırmızı bibərləri əlavə edin və qısa müddət ərzində qovurma prosesinə davam edin. Təmizlənmiş toyuq ciyərlərini tavaya əlavə edin və arabir qarışdıraraq suyu buxarlanana qədər zəif odda bişirin.
Üzərinə az miqdarda tomat pastası, duz, kimyon,təzə üyüdülmüş qara bibər və arzuya görə acı bibər tozu əlavə etdiyiniz toyuq ciyərlərini daha 4-5 dəqiqə vam odda bişirib servis boşqablarına çəkin.
Cəfəri ilə bəzədikdən sonra sevdiklərinizlə isti halda paylaşın.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz