Azərbaycancaaz
Mir.az » Resept » Azərbaycan Mətbəxindən : Şəki Dolması Resepti

Azərbaycan Mətbəxindən : Şəki Dolması Resepti

35
asan resept,asan yemək resept,sadə resept
835 calories, 8 grams fat
Azərbaycan Mətbəxindən : Şəki Dolması Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Şəki mətbəxi ləziz təamları ilə dünyaya səs salıb. Bu ləziz təamlardan biri də dobu dolmadır. Dobu-dopu, saxsı qab adlanan qablarda bişirilən Şəki dolmasının özünəməxsus bişirilmə üsulu var. Mir.az dobu dolmasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

500 qr qoyun əti
2 ədəd soğan
2 dəstə şüyüd
1 stəkan qatıq
50 qr nanə qurusu
Duz, istiot, sarıkök
12 dilim quzu yağı
Üzüm yarpağı

Hazırlanma qaydası:

İlk öncə qoyun ətini ətçəkən maşından keçirib qiymə halına gətirin. Soğanı da xırda doğrayıb qiyməyə əlavə edin.Ardı ilə xırda doğranmış şüyüd, qatıq, nanə qurusu, duz, istiot və zövqə görə sarıkök əlavə edib qarışdırın.
Yarpaqları açıb içliklə doldurub dolmalar bükün. Dopu qaba ilk öncə quzu yağından 2-3 dilim yerləşdirib üzərinə dolmaları doldurun. Bu qaydayla dolacaq qədər dopu qabları doldurub alt və üst hissəsinə quzu yağı qoyub qapaq örtün. Dolmaların üzərinə su töküb dopu qabları soba sinisinə yerləşdirin. Siniyə də su əlavə edib əvvəlcədən qızdırılmış sobada dolmaların suyu çəkilib yağa düşənə qədər bişirin. Bişən dolmaları qatıqla servis edə bilərsiniz.

Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Selcan Xatun
    Qonaq Selcan Xatun
    Qonaq
    Hansı ixtiyarla öz reseptiniz kimi təqdim edirsiniz?!?İstinad edin!!

Şərh Yaz