Azərbaycancaaz
Mir.az » Resept » Sobada Bişən Ləzzət : Xama Souslu Kələm Dolması Resepti

Sobada Bişən Ləzzət : Xama Souslu Kələm Dolması Resepti

302
asan resept,asan yemək resept,sadə resept
855 calories, 8 grams fat
Sobada Bişən Ləzzət : Xama Souslu Kələm Dolması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Nahar və ya şam yeməyi üçün sobada xamalı sousda bişən ləzzətli kələm dolması.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

55 dəqiqə

Tərkibi:

1 ədəd orta ölçülü kələm
500 qram qiymə
1 ədəd soğan
1 ədəd yerkökü
30 qram yumru düyü
100 ml xama
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı kəklikotu
1/3 stəkan bitki yağı
Yarım dəstə cəfəri

Hazırlanma qaydası:

İlk öncə düyünü suda bişirib suyunu süzün.
Soğanı xırda doğrayıb yağda qovurub üzərinə sürtgəcdən keçirilmiş yerkökü əlavə edib 5-7 dəqiqə qovurun.
Bir qabda qiymənin üzərinə bişmiş düyü, qovrulmuş tərəvəzlər, duz və istiot əlavə edib qarışdırın.
Kələmi suda pörtlədin. Bişən kələm yarpağına içlikdən qoyub bükün. Odadavamlı şüşə qabı və ya soba qabını yağlayıb dolmaları düzün.
Təxminən yarım stəkan isti suda xama və tomat pastasını qarışdırıb dolmaların üzərinə tökün. Qabın üzərini alüminum folqa kağızıyla örtüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Sonda alüminum folqanı çıxarıb dolmaların üzəri qızarana kimi 5-10 dəqiqə daha sobada saxlayın. Bişdikdən sonra üzərinə xırda doğranmış göyərti səpib xama və ya qatıqla servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz