Azərbaycancaaz
Mir.az » Resept » Görünüşü və Dadı Ət Kotletindən Seçilməyən Ətsiz Kotlet Resepti

Görünüşü və Dadı Ət Kotletindən Seçilməyən Ətsiz Kotlet Resepti

1 238
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Görünüşü və Dadı Ət Kotletindən Seçilməyən Ətsiz Kotlet Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Görünüşü və dadı ət kotletindən fərqlənməyən, lakin tərkibində bir qram ət olmayan qeyri-adi kotlet. Hər kəs dadına heyran qalacaq. Bir yeyən , bir də yemək istəyəcək. Buyurub hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

  • 200 qr yulaf yarması
  • 200 ml isti su
  • 2 ədəd (250 qr ) kartof
  • 2 ədəd soğan
  • 3 diş sarımsaq
  • Yarım dəstə doğranmış cəfəri
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot

  • Qızartmaq üçün:
  • Bitki yağı

Hazırlanma qaydası:

Dərin bir qaba yulaf yarmasını töküb üzərinə qaynar su töküb qarışdırın və 15-20 dəqiqə kənarda saxlayın.
Soğan və sarımsağı mətbəx robotundan keçirin və qabığı soyulmuş kartofları rəndələyin.
Bir qaba suda isladılmış yulaf yarması, rəndələnmiş kartof, çəkilmiş soğan və sarımsaq,cəfəri, duz və istiot əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız kütlədən əlinizi isladaraq kotletlər hazırlayın. Tavada bitki yağını qızdırıb kotletləri ikitərəfli qızardın.
Zövqə görə kotletləri suxari tozuna bulayıb bişirə də bilərsiniz. Qızardılmış kotletləri artıq yağı çəkməsi üçün kağız salfetlərin üzərinə qoyun.
Bişən koteltləri isti və ya soyuq halda süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz