Azərbaycancaaz
Mir.az » Resept » Uşaqların Sevdiyi Ləzzət : Toyuq Kroket Resepti

Uşaqların Sevdiyi Ləzzət : Toyuq Kroket Resepti

26
asan resept,asan yemək resept,sadə resept
830 calories, 8 grams fat
Uşaqların Sevdiyi Ləzzət : Toyuq Kroket Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Nar kimi qızardılmış, içi yumşaq olan bu ləzzət həm uşaqların, həm də böyüklərin sevimli qəlyanaltısı olacaq. Mir.az ləzzətli toyuq kroketin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

35 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 2 xörək qaşığı kərə yağı
  • 1 ədəd soğan
  • 2-3 diş sarımsaq
  • 3 xörək qaşığı un
  • 1 stəkan süd
  • 800 qr toyuq filesi (qaynadılmış)
  • 1 çay qaşığı duz1 çay qaşığı istiot
  • 1 çay qaşığı bibər tozu

  • Bulamaq üçün :
  • 1/2 stəkan un
  • 3 ədəd yumurta
  • 1/2 stəkan suxari tozu

  • Qızartmaq üçün:
  • 1/2 stəkan bitki yağı

Hazırlanma qaydası:

İlk öncə toyuğun döş ətini suda bişirib soyudun və blenderlə xırdalayıb kənara qoyun.
Tavada 2 xörək qaşığı kərə yağını əridin.
Soğanı xırda doğrayıb qızdırılmış yağda yüngül qovurun. Qovrulmuş soğana xırda doğranmış sarımsaq da əlavə edib qovurmağa davam edin. Üzərinə unu da əlavə edib rəngi qızarana qədər dayanmadan qarışdırın. Qovrulan unlu soğana südü də əlavə edib dayanmadan qarışdırıb üzərinə duz, istiot və didilmiş bişmiş toyuq ətini də əlavə edib qarışdırmağa davam edin və zövqə görə duz, istiot, bibər tozu və istəyə görə doğranmış göyərti əlavə edin.
Ocaqdan götürüb kütləni başqa bir qaba tökün və əlinizlə yoğurun. Üzərinə streç sellofan keçirib 20-30 dəqiqəlik soyuducuya qoyun.
Daha sonra soyducudan götürün və kütlədən qoz böyüklüyündə kündələr edib kroket forması verin. Bu qaydayla bütün kroketləri hazırlayın.
Forma verdiyiniz kroketləri ilk öncə una, daha sonra çırpılmış yumurtaya və suxari tozuna bulayın. Hazır kroketləri bol qızdırılmış yağda yaxşıca qızardın. Bişən korketləri artıq yağı çəkməsi üçün mətbəx salfetinin üzərinə düzün.
Artıq yağı çəkilmiş kroketləri zövqə görə mayonez və ketçupla süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz