Azərbaycancaaz
Mir.az » Resept » Ləzzəti Noxuddan : Bol Vitaminli Noxud Kotleti Resepti

Ləzzəti Noxuddan : Bol Vitaminli Noxud Kotleti Resepti

201
asan resept,asan yemək resept,sadə resept
215 calories, 2 grams fat
Ləzzəti Noxuddan : Bol Vitaminli Noxud Kotleti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Noxud kotleti – müxtəlif vitaminlər və minerallarla zəngin bir yeməkdir. Bu, ət yeməyən insanlar üçün əvəzolunmaz bir qidadır. Noxudun tərkibində insan orqanizmində bir çox prosesdə iştirak edən çox miqdarda zülal var. Mir.az ətirli, faydalı və dadlı noxud kotletinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

200 qr doğranmış noxud
1 ədəd soğan
1 ədəd yumurta
1,5 xörək qaşığı un
1 xörək qaşığı xama
duz, istiot zövqə görə

Hazırlanma qaydası:

İlk öncə gecədən (və ya bir neçə saatlıq ) noxudu suda isladın.
Daha sonra süzüb yuyun və üzərinə su töküb yumşalanadək bişirin.
Püre halına gələnədək bişən noxuda duz əlavə edin və blenderdən keçirin və soyuması üçün kənara qoyun.
Bir tavada xırda doğranmış soğanı yağda qovurun.
Noxud püresinin üzərinə qovrulmuş soğan, yumurta, un, xama, duz və istiot töküb qarışdırın.
Kütlə duru alınarsa üzərinə az un və ya manna yarması əlavə edə bilərsiniz.
Tavada yağı isidin. Duru kütlədən qaşıqla qızdırılmış yağa kiçik porsiyalarla düzün. Əgər kütlə qatı haldadırsa ,əllə kotletlər hazırlayaraq una və ya suxari tozuna bulayıb yağda ikitərəfli qızardın.
Qızardılmış kotletləri artıq yağı çəkməsi üçün kağız dəsmalın üzərinə düzün. Hazır noxud kotlerlərini süfrəyə arzu etdiyiniz sousla verə bilərsiniz.

NUŞ OLSUN😋.

Əlavə qeyd:
Zövqə görə kotletlərə kartof, yerkökü, kələm və ya qabaq əlavə edə bilərsiniz.
Və yaxud da qida dəyərini artırmaq üçün pendir, göbələk və ya qiymə əlavə edib tavada qızarda bilərsiniz.
Pəhrizdə olanlar noxud kotletini sobada bişirə bilər. Bu halda reseptdən xama çıxarılmalıdır.
Yağlı kağız sərilmiş soba sinisinə una və ya suxari tozuna bulanmış kotletləri düzüb sobada bişirə bilərsiniz.
Bağırsaqlarda köp əmələ gəlməsini azaltmaq üçün noxud kotletinə qurudulmuş şüyüd əlavə edilməlidir.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz