Azərbaycancaaz
Mir.az » Resept » Qozlu Badımcan Məzəsi Resepti

Qozlu Badımcan Məzəsi Resepti

118
asan resept,asan yemək resept,sadə resept
320 calories, 3 grams fat
Qozlu Badımcan Məzəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Məzə resepti.
Həm ev xanımlarının, həm də işləyən xanımların üstünlük verdikləri qozlu badımcan salatı, badımcanın közlənməsiylə ortaya çıxan ecazkar bir ləzzətdir. Mir.az olduqca asan hazırlanan qozlu badımcan salatının reseptini təqdim edir:

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 2 ədəd iri badımcan
  • 2 ədəd acı bibər
  • 1 ədəd yaşıl bibər
  • 2 diş sarımsaq
  • 1 ədəd limon
  • 3/4 stəkan döyülmüş qoz ləpəsi
  • 150 qram qatıq
  • Zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qırmızı bibər tozu

Hazırlanma qaydası:

İlk öncə badımcan və bibərləri ocaqda və ya sobada közləyin. Soyulmış badımcanları qaralmaması üçün yarım limon sıxdığınız suya qoyduqdan sonra bibərlə birlikdə çox xırda doğrayıb yarım stəkan döyülmüş qoz ləpəsi ilə qarışdırın. Üzərinə bir qəhvə fincanı zeytun yağı və qatığı qarışdıraraq yavaş-yavaş əlavə edin. Sarımsağı duzla əzib yarım limon suyu ilə qarışdırandan sonra qarışığa əlavə edin. Badımcan salatını boşqaba tökün.
Bir tavada bir qədər zeytun yağını qızdırıb qalan qozları bu yağda qovurun. Ocaqdan götürməzdən əvvəl içərisinə 2 çay qaşığı toz qırmızı istiot əlavə edib yağı ilə birlikdə salatın üstünə gəzdirin. Gözlətmədən süfrəyə verin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz