Görüntüsü ilə Göz Oxşayan Şaftalılı Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Həm gözə, həm də damaq zövqünə xitab edən ətirli şaftalıdan ləzzətli keks hazırlamağa nə deyirsiz? Üzərinə şaftalı dilimləri düzülmüş keks bişdikdən sonra da görüntüsü göz oxşayır. Mir.az çayın yanına yaraşan ləziz şaftalı keksinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
80 dəqiqəTərkibi:
125 qram yumşaldılmış kərə yağı4 ədəd yumurta
1,5 stəkan şəkər tozu
1 stəkan süd
1 paket vanil
1 paket qabartma tozu
2 stəkan un
2-3 ədəd şaftalı
Hazırlanma qaydası:
lk öncə bir qabda kərə yağını şəkər tozuyla 2-3 dəqiqə mikserlə çırpın. Üzərinə yumurtaları bir-bir əlavə edərək çırpmağa davam edin. Daha sonra süd və quru qarışıqları da əlavə edib silikon və ya taxta qaşıqla yaxşıca qarışdırın. Hazır kütləni diametri 22-24 sm olan yağlanmış qəlibə tökün. Dilimlənmiş şaftalıları da xəmirin üzərinə düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 60-80 dəqiqə bişirin. İlk 45 dəqiqə sobanın qapısını açmamaq şərti ilə.
Keks bişib otaq temperaturuna gəldikdə dilimləyib servis edə bilərsiz.
NUŞ OLSUN😋.
Keks bişib otaq temperaturuna gəldikdə dilimləyib servis edə bilərsiz.
NUŞ OLSUN😋.
Şərhlər 0
Şərh Yaz