Azərbaycancaaz
Mir.az » Resept » Şokoladla Gələn Ləzzət : Praqa Ruleti Resepti

Şokoladla Gələn Ləzzət : Praqa Ruleti Resepti

681
asan resept,asan yemək resept,sadə resept
815 calories, 8 grams fat
Şokoladla Gələn Ləzzət : Praqa Ruleti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Şokolad sevənlər üçün şokoladlı dondurmaya bənzəyən kremiylə çox dadlı, şokoladlı Praqa ruletini hazırlaya bilərsiniz. Mir.az-ın təqdim etdiyi bu reseptlə şokolad sevənləri sevindirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:


    Biskvit üçün:
  • 75 qram un
  • 15 qram kakao
  • 90 qram şəkər tozu
  • 3 ədəd yumurta
  • 1 çimdik duz

  • Kremi üçün:
  • 150 qram süd
  • 15 qram qarğıdalı nişastası
  • 60 qram şəkər tozu
  • 100 qraç kərə yağı və ya 33%-lik yağlılığı ilə qaymaq
  • 5 qram kakao (1 dolu çay qaşığı)

  • Qlazur üçün:
  • 50 qram şokolad
  • 20 qram kərə yağı

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün yumurta, bir çimdik duz və şəkər tozunu mikserlə çırpın. Un və kakaonu yumurta qarışığının üzərinə ələyib taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın.
Yağlı kağız sərilmiş soba sinisinə (30 x 40 sm ölçülü) biskvit xəmirini yayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Hazır biskviti sobadan çıxaran kimi rulet şəklində bükün və yenidən mətbəx dəsmalına büküb soyuması üçün kənara qoyun.
Kremi üçün süd, şəkər tozu və nişastanı bir qabda yaxşıca qarışdırın. Ocağa qoyub qatılaşanadək bişirin. Bişdikdən sonra ocaqdan götürüb qazançanın üzərinə streç sellofan sərib soyuması üçün kənara qoyun.
Otaq temperaturunda olan kərə yağını mikserlə yaxşıca çırpın (əgər qaymaq istifadə etsəniz onu da yaxşıca çırpın). Kənarda gözlətdiyiniz südlü qarışığı çırpdığınız kərə yağına az-az əlavə edərək çırpmağa davam edin. ( Südlü qarışıqla kərə yağı otaq temperaturunda olmalıdır. Əks halda kreminiz alınmayacaq, əriyəcək. )Kremə kakao da əlavə edib yenidən çırpın.
Qlazur üçün şokoladı və kərə yağını əridib qarışdırın.
Biskviti yağlı kağızdan ayırıb kremləyin. Daha sonra yenidən rulet şəklində büküb üstünü və kənarlarını qlazurla örtün. 1-2 saatlıq soyuducuya yerləşdirdikdən sonra dilimləyib çayın yanında süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz