Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Tam Fərqli : Almalı Qara Ciyər Resepti

Bu Dəfə Tam Fərqli : Almalı Qara Ciyər Resepti

394
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Bu Dəfə Tam Fərqli : Almalı Qara Ciyər Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Yumşaq dana qara ciyəri, soğan və turş alma dilimlərinin əla birləşməsi. Nəticədə ortaya dadlı, qeyri-adi və maraqlı bir yemək çıxır. Mir.az almalı qara ciyər yeməyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 700 qram qara ciyər
  • 2 ədəd alma
  • 1 ədəd soğan
  • 1 xörək qaşığı şəkər tozu
  • 50 ml konyak
  • Duz, istiot zövqə görə

  • Qızartmaq üçün:
  • 1/3 stəkan bitki yağı

Hazırlanma qaydası:

Qara ciyəri yuyub ,üzərindəki pərdəni təmizləyib kiçik tikələrə bölün. Kağız dəsmalla qurulayın və tavada bitki yağında qızardın. Duz, istiot səpib çevirərək 7-10 dəqiqə bişirin. Bişən ciyərləri başqa bir qabda tökün.
Tavanı kağız salfetlə silib yarım halqa formasında doğranmış soğanları yağda 5-7 dəqiqə yaxşıca qovurun. Almanın cecəsini kəsib dilimləyin və soğanların üzərinə əlavə edib, şəkər tozu səpib qarışdırın. Bişmiş ciyərləri də tavaya əlavə edib üzərinə 50 ml konyak töküb qarışdırın. Tavanın qapağını örtüb 5 dəqiqə bişirin (artıq olmaz!). Ocağın altını söndürüb 15-20 dəqiqə kənarda saxlayın. Qarnir olaraq kartofla birlikdə, üzərinə doğranmış göyərti səpib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz