Azərbaycancaaz
Mir.az » Resept » Manqal Dadında : Sobada Qara Ciyər Kababı Resepti

Manqal Dadında : Sobada Qara Ciyər Kababı Resepti

50
asan resept,asan yemək resept,sadə resept
230 calories, 2 grams fat
Manqal Dadında : Sobada Qara Ciyər Kababı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Kabab resepti.
İnsan orqanizmi üçün əhəmiyyətli yeri olan qara ciyərdə ağlınıza gələ biləcək hər cür qidalandırıcı maddələr var. Ətdən üstün olan qara ciyəri sevməyənlər sobada manqal dadında kabab kimi bişirə bilər. Mir. az sobada manqal dadında ciyər kababının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

  • 500 qr ciyər
  • 1 stəkan süd
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 1 ədəd qırmızı soğan
  • 1/2 dəstə keşniş
  • 1/2 dəstə şüyüd
  • 1 xörək qaşığı sirkə

Hazırlanma qaydası:

Əvvəlcə qara ciyərin üzərindəki pərdəni təmizləyib doğrayın və yuyub suyunu süzün.
Bir qaba süd əlavə edib üzərinə doğranmış ciyər tikələrini tökün və 30 dəqiqəlik kənarda saxlayın. (Süddə saxlamaq həm qoxusunun qarşısını alacaq, həm də daha yumşaq və ləzzətli olacaq)
Yarım saat sonra südü süzüb ciyərləri çöp şişlərə keçirin.Üzərinə duz, istiot səpib soba sinisinə yerləşdirin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Üzəri üçün soğanı yarım halqa şəklində ,keşniş və şüyüdü isə xırda doğrayın. Göyərtiləri soğanın üzərinə əlavə edib əlinizlə yüngül əzərək ovuşdurun və üzərinə sirkəni də əlavə edib kənarda saxlayın. Bişən ciyər kababının üzərinə sirkəli soğanı səpib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz