O Bir Əfsanə : Beef Stroganoff Resepti
Yemək Haqqında:
Rusiya mətbəxindən Yemək resepti.
Qaymaq və göbələklərin ətin dadına ləzzət qatdığı yemək Beef Stroganoffdur. O dünyada yayılmış ən məşhur yeməklərdən biridir. Tərcümədə “Stroganov üslubunda ət” deməkdir.
Uğurlu nəticə üçün ət seçimi, doğranılması və bişirmə texnikası çox vacibdir. Əti ilk dəfədən yüksək odda sote edib içindəki suyu saxladığınız zaman yeməyiniz demək olar ki, hazırdır.
Hazırlayarkən ətin qoxusu ətrafa yayılacaq. İnqrediyentləri hazırlayıb mətbəxə keçin və dadına doya bilməyəcəyiniz Beef Stroganoffu hazırlayın.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
500 qram can əti və ya mal ətinin yumşaq hissəsi3 xörək qaşığı kərə yağı
2 ədəd soğan
400 qram göbələk
250 qram qaymaq və ya xama
2 diş sarımsaq
1 xörək qaşığı un
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Hazırlanma qaydası:
Əti uzun və nazik şəkildə doğrayıb yağlı tavada tez-tez qarışdıraraq qızılı rəng olana qədər qızardın. (Yüksək dərəcəli ocaqda qızardın ki, ətin suyu çıxmasın. )Qızarana yaxın bir az duz əlavə edin və yaxşı bişməsi üçün qapağını örtün. Bişən ətləri başqa bir qaba tökün.
Əti qızartdığınız tavada yağda yarımhalqa doğradığınız soğan və sarımsaqları töküb qızardın. Daha sonra doğranmış göbələkləri əlavə edib qızartma prosesinə davam edin.Üzərinə un,duz, istiot əlavə edib yaxşıca qovurun.Əti və qaymağı əlavə edib qarışdırdıqdan sonra 10 dəqiqə bişirin. Bu dadlı yeməyi süfrəyə verdikdə yanında qarnir olaraq kartof püresi , makaron və düyü verə bilərsiniz. Hazır yeməyin üzərinə zövqə görə doğranmış göyərti səpib servis edə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz