Azərbaycancaaz
Mir.az » Resept » Ətirli və Turşməzə : Heyvalı Toyuq Resepti

Ətirli və Turşməzə : Heyvalı Toyuq Resepti

55
asan resept,asan yemək resept,sadə resept
460 calories, 4 grams fat
Ətirli və Turşməzə : Heyvalı Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Toyuq yeməyi sevənlər heyva və zəfəran souslu dadlı yemək hazırlaya bilər. Mir.az heyvalı dadlı toyuq yeməyinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

4 ədəd orta ölçülü heyva (təxminən 1 kq)
6 xörək qaşığı bitki yağı
1 çay qaşığı zəfəran
1,5 kq toyuq budu (və ya bud dibi, döş əti)
1 ədəd soğan
2 xörək qaşığı tomat
1/2 stəkan su
10 ədəd qara gavalı
1 xörək qaşığı duz
1 çay qaşığı istiot

Hazırlanma qaydası:

İlk öncə heyvanın qabığını soyub ,dilimləyin.
Orta ölçülü qazanda 3 xörək qaşığı bitki yağını qızdırın. Tavaya dilimlənmiş heyvanı töküb arabir qarışdıraraq 5 dəqiqə bişirin. Üzərinə zəfəranı da əlavə edib 5 dəqiqə daha qovurun və ocaqdan götürün.
Dərin bir qazana 3 xörək qaşığı bitki yağını töküb toyuq budlarını yağda 5 dəqiqə arabir qarışdıraraq qızardın. Soğanı da doğrayıb toyuğun üzərinə əlavə edin və 6-7 dəqiqə qovurun.
1/2 stəkan suya 2 xörək qaşığı tomat əlavə edib qarışdırın. Soğan suyunu salıb yumşaldıqda üzərinə suda həll olunmuş tomatı əlavə edib 10-15 dəqiqə bişirin. 15 dəqiqə sonra üzərinə yağda bişirdiyiniz heyvanı və 10 ədəd gavalı qurusunu əlavə edin. (Gavalı qurusunu limon suyuyla əvəz edə bilərsiniz.) Zövqə görə duz və istiot əlavə edib ocağı zəiflədib və qazanın qapağı örtülü şəkildə 30 dəqiqə bişirin. Yumşaq ətli, ətirli və turşməzə yemək ortaya çıxacaq. Yeməyi servis boşqabına töküb süfrəyə verə bilərsiniz.
Yanına qarnir olaraq süzülmüş düyü və ya kartof püresi verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz