Azərbaycancaaz
Mir.az » Resept » Meyvəli Ambrosiya Salatı Resepti

Meyvəli Ambrosiya Salatı Resepti

35
asan resept,asan yemək resept,sadə resept
4 calories, 4 grams fat
Meyvəli Ambrosiya Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Meyvə salatı resepti.
Uşaq ad günü menyusuna daxil edəcəyiniz zərif və dadlı meyvəli salat. Bu salat ekzotik dadıyla hətta uşaqların xoşuna gələcək. Mir.az qonaqlarınızı heyran edəcək meyvəli “Ambrosiya” salatı.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

300 ml şanti krem
300 qram zefir
100 ml vanilli yoqurt
200 qram meyvə qurusu
50 qram kokos
120 qram ananas
120 qram naringi

Hazırlanma qaydası:

İlk öncə zefiri xırda doğrayın.
Naringini soyub kub şəklində doğrayın.
Anasları isə kiçik dilimlər şəklində doğrayın.
Bir qabda şanti krem və yoqurtu mikserlə çırpın.
Bir qaba xırda doğranmış meyvə qurusu, ananas, naringi, kokos, zefir və çırpılmış kremi əlavə edib yaxşıca qarışdırın.
Meyvə salatını 15 dəqiqəlik soyuducuya yerləşdirdikdən sonra servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz