İsveçdən Gələn Ləzzət : Üzəri Xırtıldayan , İçərisi Nəm Kladdkaka Keks Resepti
Yemək Haqqında:
İsveçrə mətbəxindən Şirniyyat resepti.
İndi bir kakaolu keks düşünün. Ancaq köpmüş və yumşaq keks deyil. Köpməyən ,amma içi nəm və şokoladlı. Çölü xırtıldayan ,içərisi yaş, bir az da maye halında bir keks təsəvvür edin.
Əla səslənir, elə deyilmi? Bu tortun adı Kladdkaka İsveç keksidir. Hazırlanması olduqca sadədir,sadəcə nəm tutarlılığı əldə etmək üçün bir az nəzarətli bişirmək lazımdır. Nəticədə bıçaqlara tab gətirə bilməyən ,üzəri xırtıltılı, soyuduqca bir qədər sıxlaşan yaş teksturalı. Və üstünə bir qaşıq dondurma. Mir.az saytı İsveç keksinin reseptini təqdim edir..

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
100 qram kərə yağı1 stəkan şəkər tozu
2 ədəd yumurta
3/4 stəkan un
1 paket vanil
3 xörək qaşığı kakao
Hazırlanma qaydası:
Kərə yağını əridib soyumasını gözləyin.
Yumurta və şəkər tozunu mikserlə yüksək sürətlə 5 dəqiqə çalın.
Ayrı bir qabda unu, vanili və kakaonu qarışdırıb yumurta-şəkər tozu qarışığına əlavə edib qarışdırın.
Sonda kərə yağını da əlavə edib qarışdırmağa davam edin.
22 sm dairəvi qəlibi və ya 20 x 30 sm düzbucaqlı soba qabını yağladıqdan sonra ( çalışın yaxşı yağlayın ) qarışığı içinə töküb əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin və otaq temperaturuna gəldikdə servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz