Aroması Çox Fərqli : Portağallı Almas Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Kənarı xırtıltılı , içərisi ağızda əriyən portağal aromalı peçenyeni əminəm ki , çox bəyənəcəksiniz və çay süfrənizə çox yaraşacaq... Budur Mir.az portağal aromalı peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
175 qram kərə yağı (və ya marqarin)1 ədəd yumurta
1/2 çay fincanı maye yağ
1 ədəd portağalın qabığı
1 paket vanil
1 çay fincanı pudra şəkər
1 çay fincanı nişasta
2,5-3 stəkan un
1 paket qabartma tozu
1 xörək qaşığı şəkər tozu ( üzərini bulamaq üçün)
10 çay qaşığı kakaolu fındıq kremi (ortası üçün)
Hazırlanma qaydası:
Şəkər tozu və kakaolu fındıq kremindən başqa bütün ərzaqları qarışdırma qabına qoyub ələ yapışmayan yumşaq xəmir yoğurun.
Unun miqdarı fərqli ola biləcəyi üçün nəzarətli şəkildə əlavə edin.
Xəmirdən qoz böyüklüyündə kündələr qoparıb yumruladıqdan sonra hər iki üzünü şəkər tozuna batırıb yağlanmış nimçəyə aralıqlarla düzün.
Onları qaşıq tutacağı və ya oxlovla yüngül bastırın və ortasında boşluq düzəldin.
Ümumilikdə bu ölçülərdən təxminən 20 peçenye çıxır.
Əvvəlcədən 170 dərəcə isidilmiş sobada altı bişib rəngi dəyişməyənə qədər bişirin.
Soyuduqda sonra ortasına kakaolu fındıq kremini əlavə edib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz