Azərbaycancaaz
Mir.az » Resept » Möhtəşəm Qabarır: Asan Kakaolu Keks Resepti

Möhtəşəm Qabarır: Asan Kakaolu Keks Resepti

902
asan resept,asan yemək resept,sadə resept
1035 calories, 10 grams fat
Möhtəşəm Qabarır: Asan Kakaolu Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bu dəfə məşhur olan kekin qəhrəmanı kakaodur. Yanındakı köməkçiləri isə qoz və süddür. Qazlı su da qabartma tozu ilə birləşərək keksə möhtəşəm görüntü verir. Nəticə isə çay saatlarının ən gözəl qonaqlarından biri olan asan kakaolu keksdir.
Bu, indiyə qədər hazırladığınız ən asan kekslərdən biri olacaq. Hazırlıq addımları sadədir və ortaya çıxan ləzzət sadəcə heyrətamizdir! Qoy keks qoxusu bütün evinizi doldursun. Mir.az bir dilimdən artıq yeyəcəyiniz,dadı uzun müddət damaqdan silinməyəcək asan kakaolu keks reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

3 ədəd yumurta
1 stəkan şəkər tozu
1.5 stəkan süd
1.5 stəkan qazlı su
1 stəkan maye yağ
2 paket vanil
1 paket qabartma tozu
1 ovuc qoz ləpəsi
3 xörək qaşığı kakao
4 - 4.5 stəkan un

Hazırlanma qaydası:

Yumurtaları şəkər tozu ilə yaxşıca çalın.
Süd, qazlı su,yağ və vanili əlavə edib çalmağa davam edin.
1,5 stəkan unu, qabartma tozunu və kakaonu bir qaba ələyib keks xəmirinə əlavə edib qarışdırın. Bu addımdan sonra qalan unu da nəzarətli şəkildə az-az əlavə edib taxta qaşıqla qarışdırmağa davam edin.
Sonda qozları əlavə edib taxta qaşıqla bir daha qarışdırdıqdan sonra keks qarışığını yağlanmış və unlanmış qəlibə tökün və əvvəlcədən isidilmiş sobada 180 dərəcə 35-40 dəqiqə bişirin.
​​Sobadan çıxarıb otaq temperaturunda soyuduqdan sonra süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz