Tanış Dad Yeni formada : Şişdə Kotlet Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Göz oxşayan təqdimatı ilə süfrələrə yaraşan, yeyənləri valeh edən ləzzətli şiş kotlet resepti qarşınızda. Üstəlik hazırlanması olduqca asandır və yağda qızarmadığı üçün adi kotletlərdən daha yüngüldür!
Çırpılmış qatıq və souslu pide ilə süfrəyə verilən bu kotlet reseptini çörəyin arasına sendviç kimi və ya yanına plov və ya makaron hazırlayaraq servis edə bilərsiniz.Tost maşınında yağ udmadan tez bişirildiyi üçün istər ağır, istər pəhriz olsun, bütün süfrələrə ləzzətli ahəng bəxş edəcək.
Mir.az Şişdə Kotlet reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
300 qram çəkilmiş mal əti1dəd soğan (rəndələnmiş, suyu sıxılmış)
1 ədəd yumurta
3 xörək qaşığı çörək qırıntısı
1/2 dəstə doğranmış cəfəri
1.5 çay qaşığı duz (kotlet üçün)
1 çay qaşığı kimyon
1 diş rəndələnmiş sarımsaq
1/2 çay qaşığı qara istiot
1 ədəd kiçik ölçü pide çörəyi (kub şəklind doğranmış)
50 qram ərinmiş yağ
3 xörək qaşığı pomidor püresi
1/2 çay qaşığı duz ( pide üçün )
4 xörək qaşığı qatıq
Hazırlanma qaydası:
Çəkilmiş mal əti, soğan, yumurta, çörək qırıntıları, cəfəri, duz, kimyon, sarımsaq və istiotu qarışdırın.
Əllərinizi isladıb kotletləri şişlərə taxın.
Pide çörəyi, kərə yağı, pomidor püresi və duzu qarışdırın.
Şişləri toster maşınına qoyun. Arasına elə bir şey qoyun ki, qapaq tam bağlanmasın və 12 dəqiqə bişirin.
Şişə keçilmiş kotletlər bişdikdən sonra pideləri tost maşınına qoyun və onları da 5 dəqiqə bişirin.
Servis boşqabına sırası ilə pide, qatıq və kotletləri qoyub süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz