Azərbaycancaaz
Mir.az » Resept » Ləzzət Dolu : Toyuq Souslu Makaron Resepti

Ləzzət Dolu : Toyuq Souslu Makaron Resepti

47
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Ləzzət Dolu : Toyuq Souslu Makaron Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Makaron həmişə xilaskar reseptlər arasındadır. Hər kəsin fərqli makaron reseptləri və bişirmə üsulları var. Makaronun bişirilmə dərəcəsi insandan insana dəyişir.Klassik souslu makaronları unudub yeni dadları sınamağa hazırsınız? O zaman Mir.az sizi toyuq souslu makaron resepti üçün mətbəxə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

1 paket qələm makaron
1.5 litr su
1 çay qaşığı duz
1 ədəd qaynadılmış toyuq filesi
2 ədəd orta ölçü soğan
1 diş sarımsaq
2 xörək qaşığı tomat pastası
1 xörək qaşığı bibər pastası
1 çay qaşığı qara istiot
1 çay qaşığı nanə
1 çay qaşığı kimyon

Hazırlanma qaydası:

Qaynar suya yağ, duz və makaron əlavə edib qaynamağa buraxın. ( Təxmini 8-10 dəqiqə )
Tavaya doğranmış soğan və sarımsağı əlavə edib bitki yağı ilə qovurun və üzərinə tomat pastası əlavə edib 1-2 dəqiqə daha qovurun.
Tavadakı qarışıma qaynadılmış, xırda-xırda doğranmış toyuq filesini və ədviyyatları əlavə edib qovurma prosesinə davam edin.
Qaynayan makaron suyundan çömçə ilə götürüb tavadakı sousa töküb qaynadın.
Qaynamış makaronun üzərinə qatılaşan və hazır olan sousu tökün və birlikdə qaynatmağa buraxın.
Sousu ilə birləşən makaron süfrəyə hazırdır.

NUŞ OLSUn😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz