Azərbaycancaaz
Mir.az » Resept » Pomidor Souslu Reyhanlı Makaron Resepti

Pomidor Souslu Reyhanlı Makaron Resepti

181
asan resept,asan yemək resept,sadə resept
320 calories, 3 grams fat
Pomidor Souslu Reyhanlı Makaron Resepti

Yemək Haqqında:

İtaliya mətbəxindən Yemək resepti.
Evdə hazırlanmış makaronun bənzərsiz dadı və reyhan sousunun ecazkar qoxusu birləşdikdə, özünüzü İtaliyanın bir şəhərində hiss edəcəksiniz. Asan və dadlı makaron reseptini dərhal sınamaq üçün sizi mətbəxə dəvət edirəm.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

300 qram un
3 ədəd yumurta
1 çay qaşığı duz
2 xörək qaşığı zeytun yağı
1 stəkan mannı unu

Sous üçün:
2 ədəd pomidor
1 xörək qaşığı tomat pastası
4 diş sarımsaq
Yarım dəstə reyhan
1 çimdik duz
5 xörək qaşığı zeytun yağı
2 çömçə makaron suyu

Hazırlanma qaydası:

Unu bir qaba töküb üzərinə duz əlavə edin. Ortasını açıb yumurtaları qırın. Yumurtaları çəngəl ilə çalıb yavaş-yavaş unu əlavə edin.Sonra bütün xəmiri qarışdırıb yoğurun.
Yoğrulmuş xəmiri 4 hissəyə bölün. Əgər makaron kəsən maşınınız varsa, onu 5 nömrədə aça bilərsiniz. Makaronu açarkən masanın üzərinə mannı unu səpsəniz, xəmirin yapışmasının qarşısını alacaqsız. Sonra makaronu qatlayıb kəsin. Hazırladığınız makaron suyunda 10 dəqiqə bişirin.(Sous üçün makaronun bişdiyi suyu ayırmağı unutmayın).
Sous üçün makaron suyu və reyhandan başqa bütün ərzaqları qazana qoyub bişirin. Bir az qaynadıqdan sonra makaron suyunu və reyhanı əlavə edin. Bir dəqiqə qaynadıqdan sonra makaronu əlavə edib qarışdırdıqdan sonra ocağı söndürün.
5 dəqiqə gözlədikdən sonra reyhanla bəzəyib süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz