Uşaqlar Yox Deyə Bilməyəcək : Bol Tərəvəzli ,Vitaminlərlə Zəngin Makaron Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Makaron 7-70 yaş arası hər kəsin çox sevdiyi, yox demək çox çətin olduğu, tərkibindəki karbohidratlar və souslar səbəbiylə arıqlamaq üçün ilk imtina edilən qidalardan biridir. “Uşaqlara tərəvəz yedirə bilmirəm,ancaq makaron” deyənlər üçün istər rəngi, istərsə də dadı ilə mükəmməl xilaskar olacaq tərəvəzli makaron hazırlaya bilərsiniz. Mir.az tərəvəzli makaron reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
35 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
1/2 paket qələm makaron1 ədəd sarı bolqar bibəri
1 ədəd qırmızı bolqar bibəri
1 ədəd kabak
1 ədəd soğan
2 budaq kərəviz
2 diş sarımsaq
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
Sousu üçün:
1/2 ədəd avokado
20 yarpaq ağ reyhan
1 xörək qaşığı labne pendiri
1 xörək qaşığı süzmə zeytun yağı
Hazırlanma qaydası:
Əvvəlcə bibərləri, kabak və soğanı doğrayın. Sarımsaq, kərəviz sapını xırda doğrayın.
Tavaya 2 xörək qaşığı zeytun yağı töküb soğanı və kabakı 2 dəqiqə qızardın. Üzərinə rəngli bibərləri əlavə edib 2 dəqiqə daha qovurun. Kərəviz və sarımsağı da əlavə edib qovurmağa davam edin. Ancaq tərəvəzləri çox bişirməyin. Onlar çox bişib vitaminlərini itirməməli, rəngi və forması pozulmamalıdır.
Makaronu duzlu suda bişirib süzün. Qaynar makaron suyundan 1/3 qaşıq götürüb qovrulan tərəvəzlərə əlavə edin.
Makaron suyundan 1/3 çömçə götürüb ayırın. Qalan suyu süzün. Makaronu süzdükdən sonra yapışmaması üçün çox uzun müddət saxlamayın.
Sousunu hazırlamaq üçün avokado, ağ reyhan, labne pendiri, 2 xörək qaşığı zeytun yağı və kənara ayırdığınız makaron suyunu da mətbəx robotuna əlavə edib yaxşıca əzib sous halına gətirin.
Dərin bir qabda makaronun üzərinə sous və bişmiş tərəvəzləri töküb qarışdırın.
Üzərinə isə reyhan yarpaqları və pendir əlavə edib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz