Azərbaycancaaz
Mir.az » Resept » Sobadakı Ləzzət : Qırmızı Bibərli Toyuq Dolması Resepti

Sobadakı Ləzzət : Qırmızı Bibərli Toyuq Dolması Resepti

198
asan resept,asan yemək resept,sadə resept
440 calories, 4 grams fat
Sobadakı Ləzzət : Qırmızı Bibərli Toyuq Dolması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Dolmalıq şirin qırmızı bibər sobada bişdiyində möhtəşəm bir köz qoxusu verir. Toyuqlu içliklə hazırlandıqda olduqca ləzzətli və yağsız bir yeməkdir. Mir.az sobada toyuqlu bibər dolmasının reseptini təqdim edir

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 500 qram toyuq filesi
  • 4 ədəd şirin qırmızı bibər
  • 1 ədəd soğan
  • 1 diş sarımsaq
  • 1 ədəd iri pomidor
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • İstəyə görə rəndələnmiş holland pendiri

Hazırlanma qaydası:

İlk öncə soğanı ,sarımsağı xırda doğrayın.
Toyuq filesini və pomidorları (qabıqlarını soyub )kub formasında doğrayın.
Bibərləri yuyun, bıçaq köməyiylə eninə şəkildəki kimi geniş dəlik açın və içərisindəki tumları təmizləyin.
Orta ölçülü bir qazana zeytun yağını töküb soğanın üzərinə duz səpib yüngülcə çəhrayılaşana qədər qovurun. Çəhrayılaşan soğanlara toyuq filesini əlavə edin və suyunu salana qədər bişirin. Daha sonra pomidorları və xırda doğranmış sarımsağı əlavə edib bişirin. Suyu azaldıqda ocağı söndürün. İstiot da əlavə edib ocaqdan götürün. Bibərləri soba sinisinə yerləşdirib hazırladığınız toyuqlu içliyi bibərlərin içərisinə bölüşdürüb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin və 30 dəqiqənin sonunda toyuqların üstünə rəndələnmiş holland pendiri əlavə edib 10 dəqiqəlik sobaya yerləşdirin. Dadlı bibər dolması hazırdır.
Qeyd: Bibərlərin kəsdiyiniz hissələrini də xırda doğrayıb içliyə əlavə edə bilərsiniz.


NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz