Azərbaycancaaz
Mir.az » Resept » Tortlarınızı Güzgü Kimi Edən Qlazur Resepti

Tortlarınızı Güzgü Kimi Edən Qlazur Resepti

112
asan resept,asan yemək resept,sadə resept
calories, grams fat
Tortlarınızı Güzgü Kimi Edən Qlazur Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qlazur resepti.
Parlaq qlazur və ya qlyassaj- tortlar üçün çox məşhur və dəbdə olan parlaq örtükdür. Bu örtük tortlarınıza fərqli görünüş verərək güzgü kimi edir. Mir.az şokoladlı parlaq qlazurun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

HAZIRLIQ VAXTI

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

12 qram jelatin
60 qram su ( jelatin üçün)
240 qram şəkər tozu
80 qram su
80 qram kakao
160 qram qaymaq (33-35%)

Hazırlanma qaydası:

İlk öncə 12 qram jelatini 60 qram soyuq suyla qarışdırın. Dərin bir qazanda 240 qram şəkər tozu və 80 qram suyu qarışdırıb zəif ocaqda qaynadın. 80 qram kakaonu qaynayan siropun üzərinə ələyin və dayanmadan qarışdıraraq 1-2 dəqiqə qaynadın. 160 qram yağlı qaymağı qazancaya töküb ilıdın. Ocaqdan götürüb üzərinə suda köpürülmüş jelatini əlavə edib yaxşıca qarışdırın. Qaymaqlı-jelatinli kütləni şəkərli-kakaolu qarışığa əlavə edib qarışdırıb blenderlə yaxşıca çırpın (çalışın üzərində çoxlu qabarcıqlar qalmasın, yoxsa qlazur hamar olmayacaq). Qlazuru ələkdən keçirin. İstifadə etməzdən əvvəl bir neçə saat kənarda saxlayın. Tortlarınız bu parlaq qlazurla bəzəyə bilərsiniz.

NUŞ OLSUN 😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz