Azərbaycancaaz
Mir.az » Resept » Çayın Yanına Çox Yaraşacaq : Limonlu Marmelad Resepti

Çayın Yanına Çox Yaraşacaq : Limonlu Marmelad Resepti

533
asan resept,asan yemək resept,sadə resept
210 calories, 2 grams fat
Çayın Yanına Çox Yaraşacaq : Limonlu Marmelad Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Marmelad resepti.
Marmelad -dünyanın bütün qitələrində ən məşhur desertlərdən biridir. Siz ev şəraitində təbii,heç
bir konservantsız, tez və dadlı marmelad hazırlamaq istəyirsinizisə bu resepti sınaqdan keçirin. Mir.az ev şəraitində limonlu marmeladın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 180 ml limon şirəsi
  • 20 qram jelatin
  • 180 ml su
  • 3 çay qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Jelatinin üzərinə 60 ml qaynanmış soyuq su töküb 5-10 dəqiqə şişməsi üçün kənarda saxlayın.
Başqa bir qabda 120 ml suyla şəkər tozunu qarışdırıb zəif ocaqda qaynadın. Ocaqdan götürdüyünüz siropun üzərinə jelatin siropunu əlavə edin.
3 ədəd limonun şirəsini çıxarıb, süzgəcin köməyi ilə hazır kütlənin üzərinə süzüb qarışdırın. Hazırladığınız kütləni formaya tökün və qapağını örtüb 2 saatlıq soyuducuya yerləşdirin.
Soyuyan marmeladı kub formasında kəsib şəkər tozuna bulayın.
Siz həmçinin limon şirəsi əvəzinə portağal və ya qreyfrut şirəsi istifadə edə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz