Azərbaycancaaz
Mir.az » Resept » Ziyafət Süfrələrinin Vazkeçilməzi : Pendir Boşqabı Resepti

Ziyafət Süfrələrinin Vazkeçilməzi : Pendir Boşqabı Resepti

76
asan resept,asan yemək resept,sadə resept
8 calories, 8 grams fat
Ziyafət Süfrələrinin Vazkeçilməzi : Pendir Boşqabı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Pendir Boşqabı resepti.
İçərisində duzlu qəlyanaltılar olan və ya səhər yeməyi süfrələrində təqdim olunan, zərifliyi ilə süfrələri rəngləndirən pendir boşqabı izdihamlı süfrələrin bir parçasıdır. Yerli və xarici pendir növləri taxtada süfrəyə verildikdə xüsusilə diqqətçəkən olur.
Zövqə görə istədiyiniz pendirləri də servis taxtasına qoyub süfrəyə verə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

8 ədəd yaşıl zeytun
1 ovuc quru ərik
1 salxım üzüm
100 qram bərk ağ pendir
100 qram İzmir tulum pendiri
100 qram saçaqlı pendir
100 qram holland pendiri
100 qram yağsız Pendir
1 ovuc qoz
1 paket grissini ( uzun,incə ,xırtıldayan çörək çubuqları )
1 paket kraker

Üzəri üçün:
2 ədəd qoz
1 çimdik təzə kəklikotu

Hazırlanma qaydası:

Yaşıl zeytunları kiçik bir qaba qoyub servis taxtasının ortasına qoyun.
Ardı ilə üzüm və quru ərikləri taxtaya qoyun.
Sonra dilimlənmiş pendirləri taxtaya istədiyiniz kimi düzün.
Nəhayət, aralarındakı boşluqlara qoz-fındıq, kraker və grissini qoyun.
İstəsəniz, pendirləri qoz və təzə kəklikotu ilə də bəzəyə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz