Azərbaycancaaz
Mir.az » Resept » Göbələkli Kartof Yeməyi Resepti

Göbələkli Kartof Yeməyi Resepti

144
asan resept,asan yemək resept,sadə resept
425 calories, 4 grams fat
Göbələkli Kartof Yeməyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Kim qısa zamanda dadlı və asan yemək hazırlamaq istəməz ki? İşin çoxunu sobanın görəcəyi ləzzətli yeməyə heç kim yox deməz. Sobada göbələkli kartof yeməyi. Holland və kaşar pendirləri yeməyi daha da ləzzətləndirəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 5 ədəd göbələk
  • 4 ədəd kartof
  • 2 xörək qaşığı kərə yağı (ərimiş)
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara bibər tozu
  • 50 qram holland pendiri
  • 50 qram kaşar pendiri
  • 4-5 ədəd yaşıl zeytun turşusu

Hazırlanma qaydası:

Sobanı 165 dərəcəyə qoyun.
İstəyirsinizsə, göbələklərin qabıqlarını nəm təmiz parça ilə silə və ya çölünü yüngülcə soyub təmizləyə bilərsiz.
Göbələk və kartofu böyük şəkildə doğrayıb qaba qoyub ərinmiş kərə yağı, zeytun, duz və istiotu əlavə edib yaxşıca qarışdırın.
Qarışımı şüşə qaba ( borcama ) qoyub sobada 25-30 dəqiqə bişirin.
Sobadan çıxarıb üzərinə holland və kaşar pendirləri qoyub yenidən bişirin.
Pendir əriyənə və kartof yaxşıca yumşalana qədər bişirməyə davam edin.İsti halda servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz