Azərbaycancaaz
Mir.az » Resept » Şokoladlı Günəbaxan Halvası Resepti

Şokoladlı Günəbaxan Halvası Resepti

24
asan resept,asan yemək resept,sadə resept
5 calories, 5 grams fat
Şokoladlı Günəbaxan Halvası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Halva – bütün dünyada məşhur olan bir desertdir. Halvanın bir çox reseptəri var. Mir.az bu gün sizlərə şokoladlı günəbaxan halvasının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

300 qram təmizlənmiş günəbaxan tumu
1-2 xörək qaşığı xurma siropu və ya bal
30 qram tünd şokolad

Üzəri üçün :
Küncüt və təmizlənmiş günəbaxan tumu

Hazırlanma qaydası:

Günəbaxan tumunu tavada yüngül qovurun. Soyuyan tumları blenderdən keçirib üzərinə xurma siropu və ya bal əlavə edib qarışdırın. Alınan kütləni isladılmış əllə götürərək buz qəliblərinə bölüşdürüb soyuducuda yarım saat saxlayın. Daha sonra konfetləri qəlibdən götürüb əridilmiş şokoladla, küncüt və günəbaxan tumuyla bəzəyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz