Azərbaycancaaz
Mir.az » Resept » Asan və Yüngül : Süd Halvası Resepti

Asan və Yüngül : Süd Halvası Resepti

253
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Asan və Yüngül : Süd Halvası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Südlü aş ( Sütlaç) kimi qabıqlı, içi yumşaq, yüngül və asan desert etmək istəyirsinizsə, bu süd halvası reseptini çox bəyənəcəksiniz! Mir.az yeməkdən sonra çayın yanına yaraşacaq süd halvası reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

Halva üçün:
1 litr süd
5 xörək qaşığı kərə yağı (100 qram)
5 xörək qaşığı un (100 qram)
1 stəkan şəkər tozu (200 qram)
1 paket vanil
1 ədəd yumurta sarısı

Üzəri üçün:
3 xörək qaşığı fındıq ləpəsi

Hazırlanma qaydası:

Südü və şəkər tozunu şəkər əriyənə qədər qarışdırın.
Kərə yağı və unu dərin və ya geniş tavada orta odda unun qoxusu çıxana qədər qovurun.
Qovrulan una az-az şirin süddən əlavə edib davamlı qarışdırın və qatılaşana qədər bu prosesə davam edin.
Sonda vanili və yumurta sarısını əlavə edib qarışdırın və ocaqdan götürün.
Qarışığı orta ölçülü soba qabına tökün və üzəri qabıqlanana qədər 10 dəqiqə gözləyin.
Süd halvasını əvvəlcədən isidilmiş 230 dərəcə sobada təxminən 15 dəqiqə qızılı rəng alana qədər bişirin.
Sobadan çıxardıqdan sonra üzərini fındıqla bəzəyib istəyə görə isti və ya otaq temperaturunda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz