Azərbaycancaaz
Mir.az » Resept » Çox Faydalı və Doyurucu : Lobya Paşteti Resepti

Çox Faydalı və Doyurucu : Lobya Paşteti Resepti

122
asan resept,asan yemək resept,sadə resept
460 calories, 4 grams fat
Çox Faydalı və Doyurucu : Lobya Paşteti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Lobya lif və zülallarla zəngindir, tərkibində B qrupu vitaminlər, fol turşusu və başqa vitaminlər vardır. Ətdən daha çox proteinə malik lobyadan dadlı, faydalı və doyurucu paştet hazırlaya bilərsiniz. Mir.az möhtəşəm bir dad olan lobya paştetinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • 2 stəkan qırmızı lobya
  • 1 stəkan qoz ləpəsi
  • 1 ədəd soğan
  • 1-2 diş sarımsaq
  • 50 qram kərə yağı
  • 3 xörək qaşığı duru yağ
  • 2 xörək qaşığı limon suyu
  • 1 xörək qaşığı duz

Hazırlanma qaydası:

Lobyanı axşamdan isladın.
Suyunu dəyişib 1 saat qaynadın.
Soğanı xırda doğrayıb duru yağda qovurun.
Qoz ləpəsini yağsız tavada qovurun.
Lobya bişdikdən sonra suyunu süzün (ancaq o sudan 4-5 xörək qaşığı skınara ayırın).
Lobyanı, soğanı, qozu və sarımsağı bir qaba töküb blenderdən keçirib üzərinə limon suyu, kənara ayırdığınız lobyanın suyu, kərə yağı və duz əlavə edib blenderdən keçirməyə davam edin.Paştet hazırdır.
Zövqə görə qaraciyər paşteti kimi kərə yağıyla rulet formasına da salmaq olar.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz