Azərbaycancaaz
Mir.az » Resept » Fərqli Dadda : Qozlu Kükü Resepti

Fərqli Dadda : Qozlu Kükü Resepti

48
asan resept,asan yemək resept,sadə resept
210 calories, 2 grams fat
Fərqli Dadda : Qozlu Kükü Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Qozlu kükü Azərbaycan mətbəxinin dadlı yeməklərindən biridir. Mir.az vitaminlərlə zəngin qozlu kükünün reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

80 qram qoz ləpəsi
4 ədəd yumurta
40 qram göy soğan
30 qram keşniş
20 qram şüyüd
50 qram ispanaq
60 qram kərə yağı
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Hazırlanma qaydası:

Qozlu kükünü hazırlamaq üçün ilk öncə göyərtiləri yaxşıca yuyub ,suyunu süzüb xırda doğrayın.
Bir qabda yumurtaları çırpın və üzərinə xırda doğranmış göyərtini əlavə edib qarışdırın.
Sonda üzərinə xırdalanmış qoz ləpəsi , duz və istiot əlavə edib qarışdırmağa davam edin.
Göyərtili kütləni qızdırılmış yağlı tavaya töküb iki tərəfli bişirin.
Bişən kükünü zövqə görə kəsib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz