Möcüzəvi Ləzzət : Badımcan Pizzası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Badımcan pizzası super yağ yandırıcıdır. Nə qədər yeyirsinizsə, bir o qədər də artıq çəki sürətli əriyir. Mir.az möcüzəvi pizzanın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1 ədəd orta ölçülü badımcan1/2 çay qaşığı duz
10 yarpaq təzə reyhan
1 xörək qaşığı zeytun yağı
1/2 stəkan sürtgəcdən keçilmiş holland pendiri
2 diş sarımsaq
1 ədəd yetişmiş pomidor
1/2 çay qaşığı provans ot qarışığı (mərzə, bibəriyə(rozmarin), reyhan, kəklikotu, adaçayı, nanə-cövhər, oreqanonun quru qarışığı)
Hazırlanma qaydası:
İlk öncə badımcanı yuyun və kənarlarını kəsin. Qalın dilimləyin və soyuq ,duzlu suda bir neçə dəqiqəlik saxlayın.
Sudan çıxardığınız badımcanları üzərinə quruması üçün kağız dəsmal sərin.
Xırdalanmış sarımsaqları zeytun yağında qovurun. Reyhan yarpaqlarını, duz, qabığı soyulmuş və kub şəklində doğranmış pomidorları da tavaya əlavə edin və suyu çəkilənə qədər bişirin.
Badımcanları soba sinisinə aralıqlarla düzün. Üzərinə provans ot qarışığı və zeytun yağı səpilmiş badımcanları əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 20 dəqiqə sonra badımcanların üzərinə pomidor sousunu və sürtgəcdən keçilmiş pendiri düzün və yenidən 10 dəqiqə bişirin. Çox dadlı dietik badımcan pizzası hazırdır.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz