Azərbaycancaaz
Mir.az » Resept » Tam Bir Göyqurşağı : Tərəvəz Börəyi Resepti

Tam Bir Göyqurşağı : Tərəvəz Börəyi Resepti

16
asan resept,asan yemək resept,sadə resept
670 calories, 6 grams fat
Tam Bir Göyqurşağı : Tərəvəz Börəyi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Tərəvəz piroqları ətli piroqlara alternativdir. Bu piroqu bütün mövsüm boyu istənilən mövsümi tərəvəzlərlə hazırlaya bilərsiniz. Həm evdəkilər , həm də qonaqlarınız dadına , görünüşünə heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

70 dəqiqə

Tərkibi:

  • 1 ədəd qabaq
  • 1 ədəd zukini
  • 3 ədəd yerkökü
  • 50 qram un
  • 4 xörək qaşığı soyuq su
  • 3 ədəd yumurta
  • 150 qram bərk pendir
  • 300 ml süd
  • Duz (zövqə görə)
  • 1 xörək qaşığı zeytun yağı
  • 2 diş sarımsaq

Hazırlanma qaydası:

Zukini , yerkökü və qabağı incə laylarla qabıqlı doğrayın.
Tərəvəzləri şəkildəki kimi kənarlardan başlayaraq sırayla -qabaq, zukini və yerkökünü dairəvi soba sinisinə düzün.
İçliyi hazırlamaq üçün yumurtanı tel çırpıcıyla çırpıb üzərinə süd, yağ və un əlavə edib yenidən çırpmağa davam edin.Daha sonra xırdalanmış sarımsaq və zövqə görə duz töküb qarışdırın. Tərəvəzlərin üzərinə içliyi töküb üstündən sürtgəcin xırda gözündən keçirilmiş pendir tökün. Sinini ehtiyyatla masanın üstünə vurun (xəmirin yayılmasına, tərəvəzlərin arasına yerləşməsinə görə) və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 60-70 dəqiqə bişirin.
Otaq temperaturuna gəldikdən sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz