Yeni İl Süfrəsi üçün İdeal Qəlyanaltı : Naringi Formalı Salat Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Qəlyanaltı resepti.
Qonaqlarınızı təəccübləndirəcək, həmçinin bayram ab-havası yaradacaq dadlı qəlyanaltı hazırlaya bilərsiniz. Mir.az saytı naringilərə bənzəyən bayram salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
7 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
3-4 ədəd yerkökü2 ədəd yumurta
150 qram bərk pendir
2 diş sarımsaq
200 qram toyuq filesi
3-4 xörək qaşığı xama
zövqə görə duz
7 ədəd mixək dənəsi
zövqə görə təzə ağ reyhan yarpağı
Hazırlanma qaydası:
Əvvəlcə yumurtanı, yerkökünü, toyuq filesini qaynadıb, bişirin. (Toyuq filesini bişirərkən suyuna duz atın. )
Qaynadılmış yumurtanı və pendiri sürtgəcin xırda gözündən keçirin.Sarımsağı isə əzib bütün inqrediyentləri( yumurta,pendir və sarımsağı ) birləşdirib üzərinə duz,istiot və 2 xörək qaşığı xama əlavə edib qarışdırın.
Toyuq filesini mümkün qədər xırda doğrayıb üzərinə 1 xörək qaşığı xama, duz və istiot töküb qarışdırın.
Qarışığdan 7 ədəd top düzəldin. Ətin onlara yapışmaması üçün ovuclarınızı vaxtaşırı su ilə nəmləndirin.
Yumurta və pendir qarışığından 7 eyni (1,5 xörək qaşığı) ovuc içi boyda blinçiklər düzəldin. Hər blinçiklərin ortasına bir toyuq topu qoyun. Yumurta və pendir qarışığı ilə ət içliyini tamamilə örtərək bərabər toplara yuvarlayıb sürtgəcin xırda gözündən keçilmiş yerkökülərə bulayın.( Köklərə yapışqanlıq üçün bir az zeytun yağı əlavə edə bilərsiniz). Əllərinizlə hər topu eyni naringi formasına salın. Hazırladığınız naringiləri 30 dəqiqə soyuducuda saxladıqdan sonra naringilərin üzərinə mixək və reyhan yarpaqları əlavə edin. Yeni il qəlyanaltısı hazırdır!
NUŞ OLSUN ? .

Şərhlər 0
Şərh Yaz