İtaliya Mətbəxindən : Məşhur Soffioni Peçenye Resepti
Yemək Haqqında:
İtaliya mətbəxindən Şirniyyat resepti.
Bu maraqlı pirojnalar İtalyan mətbəxinə aiddir. Onların özəlliyi içliyi ilə birlikdə bişməsidir.”Soffioni” və ya digər adı ilə “sevgi məktubları” pirojnaları zərfə bənzəyir, çünki içlik xəmirin küncləri ilə bağlanır. Mir.az ləziz pirojnanın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
45 dəqiqəTərkibi:
Xəmiri üçün:150 qr un
1 ədəd yumurta
25 ml duru yağ
40 qr şəkər tozu
1 çimdik duz
İçlik üçün:
200 qr kəsmik
2 ədəd yumurta
50 qram şəkər tozu
3-4 damcı limon suyu
Sürtgəcdən keçilmiş limon qabığı
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün ilk öncə dərin bir qaba şəkər tozu, duru yağ, yumurta və bir çimdik duz əlavə edib mikserlə və ya tel çırpıcıyla qarışdırın. Ələnmiş unu da üzərinə əlavə edib ələ yapışmayan xəmir yoğurun. Xəmiri sellofan paketə qoyub 1 saatlıq soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün 2 ədəd yumurta sarısını ağından ayırın.
Bir qabda yumurta sarısının üzərinə şəkər tozu, vanil və ya sürtgəcdən keçilmiş limon qabığı və kəsmik əlavə edib krem halına gələnə qədər qarışdırın.
Başqa bir qabda yumurtanın ağına az duz əlavə edib beze olana qədər mikserlə yaxşıca çırpın. Bezenin üzərinə yumurta sarısı qarışığını az-az əlavə edib ehtiyyatla qarışdırın.
Xəmiri dəzgahın üzərinə yayıb kvadrat formasında 6 ədəd kəsin. Muffin qəlibinə xəmirləri yerləşdirin. Xəmirlərin küncləri kənara çıxmalıdır. Hər xəmirə içlikdən bölüşdürün. Xəmirin kənarları ilə içliyin üzərini yüngül örtüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 deqiqə, daha sonra 150 dərəcədə 10-15 dəqiqə bişirin.
Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpib çayın yanında süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz