Azərbaycancaaz
Mir.az » Resept » Damaqlarda Qalan Dad : Ləzzətli Hinduşka Kababı Resepti

Damaqlarda Qalan Dad : Ləzzətli Hinduşka Kababı Resepti

50
asan resept,asan yemək resept,sadə resept
1025 calories, 10 grams fat
Damaqlarda Qalan Dad : Ləzzətli Hinduşka Kababı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Kabab resepti.
Hinduşka əti B2, B6, B12 kimi vitamin və bəzi minerallarla olduqca zəngindir. Həftəsonu istirahəti üçün hinduşka ətindən dadlı kabab hazırlaya bilərsiniz. Mir.az tez və asan hazırlanan hinduşka kababının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 1,8 кq hinduşka filesi
  • Əridilmiş kərə yağı
  • Şirin çili sousu

  • Solinad üçün (solinad-şəkər və ədviyyatlı duz məhlulu):
  • 3 litr su
  • 3 çay qaşığı şəkər tozu
  • 3 xörək qaşığı duz
  • 1 xörək qaşığı dənəvər istiot ( qara və yamay)
  • 2 buket qarni (bouquet garni) -3 budaq kəklikotu, cəfəri və dəfnə yarpağı
  • 1 baş sarımsaq

Hazırlanma qaydası:

Hinduşka filesini marinad etmək üçün solinadı hazırlayın.
Bir qazana su, duz, şəkər tozu, istiot, soyulmadan əzilmiş sarımsaq ( və ya qabığı soyulmuş ) və qarni buketini (kəklikotu, cəfəri və dəfnə yarpağı)töküb qarışdırın. Qazanı ocağa qoyub 5 dəqiqə qaynadıb ocaqdan götürün və soyudun.
Hinduşka filesinin üzərindəki nazik pərdəni soyun (əgər varsa). Fileni uzunsov tikələr formasında ( 5x2x3 sm ölçüdə) doğrayın. Ət tikələrini soyuyan solinada 24 saatlıq marinada qoyun (2 saatdan sonra sərin yerdə saxlayın).
Ətlə birlikdə taxta şişləri də məhlula qoya bilərsiniz. Manqalı hazırlayın və ya qrili maksimum dərəcədə qızdırın. Marinad olunmuş ətləri kağız dəsmalın üzərinə düzüb suyunu qurudun. Daha sonra ətlərin üzərinə frçayla ərinmiş yağ yaxın. Ətləri taxta və ya dəmir şişlərə keçirib manqalda və ya qrildə yaxşıca bişirin. Bişən kababları alüminium folqanın üzərinə 3-4 dəqiqəlik düzün. Daha sonra şirin çili sousuyla birgə süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz