Azərbaycancaaz
Mir.az » Resept » 5 Dəqiqədə Hazır : Ananaslı Toyuq Salatı Resepti

5 Dəqiqədə Hazır : Ananaslı Toyuq Salatı Resepti

54
asan resept,asan yemək resept,sadə resept
825 calories, 8 grams fat
5 Dəqiqədə Hazır : Ananaslı Toyuq Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
10 dəqiqədə hazır olan ləzzətli bir salat. Qonaq və ziyafət süfrələrinizi dadı və ləzzəti , aroması ilə damaqlarda dad buraxan ananas salatı ilə bəzəyin.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

200 qram toyuq filesi
200 qram pendir
1 banka konservləşdirilmiş ananas
1 banka konservləşdirilmiş qarğıdalı
300 qram turşa-şirin alma
250-300 qram mayonez

Hazırlanma qaydası:

Az duzlu suda toyuq filesini bişirin.
Soyuyan,bişmiş toyuq filesini, almanı və pendiri kub formasında doğrayın.
Ananasın suyunu süzün və orta ölçüdə doğrayın. Bir qabda doğranmış toyuq filesini, pendiri, almanı , ananası və mayonezi yaxşıca qarışdırıb servis boşqabına qoyub süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz