Azərbaycancaaz
Mir.az » Resept » Rəngbərəng Tərəvəzlərlə: Qış Güvəci Resepti

Rəngbərəng Tərəvəzlərlə: Qış Güvəci Resepti

93
asan resept,asan yemək resept,sadə resept
445 calories, 4 grams fat
Rəngbərəng Tərəvəzlərlə: Qış Güvəci Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
"İndi fəsil adı ilə güvəc varmı?" demə. Mir.az qış güvəci reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 500 qram toyuq filesi
  • 4mxörək qaşığı zeytun yağı
  • 1 ədəd orta ölçü soğan
  • 2 diş sarımsaq
  • 2 ədəd orta ölçü kök
  • 2 ədəd orta ölçü badımcan
  • 2 ədəd orta ölçü kabaçki
  • 1/2 stəkan isti su
  • 1/2 çay qaşığı bibər pastası
  • 1 çay qaşığı qara bibər-duz qarışığı

  • Servis üçün:
  • 1 dəstə cəfəri

Hazırlanma qaydası:

Qış Güvəci Resepti İpucu
Tərəvəzləri bərabər ölçüdə və incəlikdə doğramağa diqqət edin.

Qış Güvəci Resepti üçün Bişirmə Tövsiyəsi Dilimlərlə müşayiət olunan güvəcə kartof və göbələk kimi istədiyiniz tərəvəzləri də əlavə edə bilərsiniz.
Siz həmçinin güvəc qarışığını şirli saxsı qaba qoyub əvvəlcədən isidilmiş sobada bişirməyə davam edə bilərsiniz.

Soğanı kiçik kub formasında, sarımsağı incə ,toyuq filesini iri kub formasında doğrayın.
Soyulmuş kökü ,ala-ala qabığını soyduğunuz badımcanı və kabaçkini halqa şəklində doğrayın.
Zeytun yağını dərin bir qazanda qızdırın.
Soğan və sarımsağı əlavə edib azca rəng alana qədər qızardın.
Toyuq döşlərini əlavə edib yüksək odda qovurun.
Doğranmış tərəvəzləri, duz-istiot qarışığını və qaynar su ilə açdığınız bibər pastasını əlavə edib tərəvəzlər yumşalana qədər ağzı qapalı bir şəkildə aşağı istilikdə bişirin.
Suyu çəkilmiş,bişmiş güvəci xırda doğranmış cəfəri yarpaqları ilə birlikdə servis boşqablarına çəkib süfrəyə verə bilərsiniz .

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz