Azərbaycancaaz
Mir.az » Resept » Dadı Göbələkdən : Göbələk Salatı Resepti

Dadı Göbələkdən : Göbələk Salatı Resepti

232
asan resept,asan yemək resept,sadə resept
8 calories, 8 grams fat
Dadı Göbələkdən : Göbələk Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Bayram və ya ziyafət süfrəsi üçün ləziz göbələkli salat hazırlaya bilərsiniz. Mir.az dadına doyum olmayan “Göbələk rəqsi” salatının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

2 ədəd yerkökü
1 ədəd qırmızı soğan
300 qr hinduşka filesi
4 ədəd yumurta
100 qr bərk pendir
150 qr marinə edilmiş göbələk
100 qr mayonez
1/3 dəstə şüyüd
1 ovuc quşüzümü

Marinad üçün:
1 xörək qaşığı alma sirkəsi
1 çimdik duz
1 çimdik şəkər tozu

Hazırlanma qaydası:

Əvvəlcə yerkökünü və yumurtanı bişirib sürtgəcdən keçirin.
Hinduşka ətini də az duzlu suda bişirib kiçik kub formasında doğrayın (və ya didin).
Qırmızı soğanı kiçik kub formasında doğrayıb üzərinə duz, şəkər tozu və sirkə əlavə edib yaxşıca sıxın. Soğanları 5 dəqiqə marinadda saxlayın. Marina olunmuş göbələkləri doğrayın.
Pendiri də sürtgəcdən keçirin.
Salatı hazırlamaq üçün əvvəlcə servis edəcəyiniz qaba qəlib halqasını yerləşdirib ilk qata sürtgəcdən keçirilmiş yerkökünü yayıb duzlayın və mayonez yaxın. İkinci qata doğranmış hinduşka ətini yayıb duzlayın və mayonez yaxın. Marinad etdiyiniz soğanların suyunu sıxıb üçüncü qat olaraq ətin üzərinə düzüb mayonez yaxın. Bütün inqrediyentlər bitənə qədər eyni qaydanı təkrar edin.Ən son qata sürtgəcdən keçirilmiş pendiri də səpib salatı 30 dəqiqəlik soyucuducuya yerləşdirin.
Daha sonra qəlib halqasını çıxarıb salatın orta hissəsinə doğranmış şüyüd və quşüzümü səpin. Salatın kənar hissələrinə də göbələk düzüb bəzədikdən sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz